AĞSU ġƏHƏRĠ ORTA ƏSRLƏRDƏ Tarixi-arxeoloji araĢdırma III buraxılıĢ Ağsu arxeoloji ekspedisiyasının 2011-ci il tədqiqatları

Please download to get full document.

View again

of 137
All materials on our website are shared by users. If you have any questions about copyright issues, please report us to resolve them. We are always happy to assist you.
Share
Transcript
  1 A Ğ SU ġƏHƏRĠ   ORTA ƏSRLƏRDƏ   Tarixi- arxeoloji araĢdırma   III buraxılıĢ   Ağsu arxeoloji ekspedisiyasının  2011- ci il tədqiqatları   Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya Ġnstitutu   Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi   "MĠRAS" Mədəni Ġrsin öyrənilməsinə kömək Ġctimai Birliyi    2 AMEA Arxeologiya və Etnoqrafiya Ġnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və "MĠRAS" Mədəni Ġrsin öyrənilməsinə kömək Ġctimai Birliyinin  birgə layihəsi əsasında 2010- cu ilin mart ayında Ağsu orta əsr Ģəhər yerində arxeoloji tədqiqatlara start verilmiĢdir.  Kitab- albom Ağsu arxeoloji ekspedisiyası tərəfindən nəĢrə hazırlanmıĢdır.    NəĢrə məsul: Qafar Cəbiyev Fariz Xəlilli   Ağsu arxeoloji ekspedisiyasının tərkibi:   Ekspedisiya rəisi: Qafar Cəbiyev, tarix elmləri doktoru   Ekspedisiya rəisinin müavini: Fariz Xəlilli, tarix üzrə fəlsəfə doktoru   Ekspedisiya üzvləri:   Akif Quliyev, tarix üzrə fəlsəfə doktoru Süleyman Allahverdiyev, memar Elmira Abbasova, elmi işçi Sənan Nemətov, aspirant Həbibə Əliyeva, epiqraf Qədrəddin Nemətzadə,  bərpaçı - mühəndis Cahangir Əhmədov,  bərpaçı - rəssam Mamed Rəhimov, fotoqraf Azər Abasəliyev, sürücü Ekspedisiya rəhbərliyinin və "MĠRAS" Mədəni Ġrsin Öyrənilməsinə Kömək Ġctimai Birliyinin dəvəti   ilə Ağsu tədqiqatlarında iĢtirak etmiĢ mütəxəssislər:   Luigi Scrinzi, Milan Politexnik Universitetinin professoru, bərpaçı -memar; Rizvan Bayramov, memarlıq üzrə fəlsəfə doktoru;   Gülzadə Abdulova, tarix üzrə fəlsəfə doktoru,   RəĢad Ġbrahimov, tarixçi; Seyran Dəmirov,  bərpaçı; RəĢad Osmanov, kompüter operatoru; Rüfət Əliyev, kompüter operatoru; Elxan Xəlilov, usta. Ġngilis dilinə tərcümə, tərcüməyə məsul: ġölə Bayramova Bədii tərtibatçı: Səbuhi Hüseynov   ISBN 978 9952-8135-3-2  3 ÖN SÖZ "Fəxr edə bilərik ki, bizim mədəniyyətimiz qədim zamanlarda da çox zəngin və yüksək olmuşdur."    Heydər Əliyev   Əziz oxucu, məlumunuz olduğu kimi AMEA - nın Arxeologiya və Etnoqrafiya Ġnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası tərəfindən orta əsr Ağsu Ģəhər yerində geniĢmiqyaslı arxeoloji tədqiqatlara "Miras" Ġctimai Birliyinin maliyyə dəstəyi ilə 2010 - cu ilin mart ayında  baĢlanılıb. Mart - aprel aylarında 600 kvadratmetrlik sahəni əhatə edən və əsasən kəĢfiyyat məqsədi daĢıyan III q a zıntı sahəsində tədqiqat iĢləri baĢa çatdırılıb. May ayında, Ulu öndər Heydər Əliyevin doğum   günü ərəfəsində ekspedisiya tərəfindən III sahədə qazıntıların yekunlarına həsr olunmuĢ "Ağsu Ģəhəri orta əsrlərdə" kitab - albomunun I buraxılıĢı çapdan buraxılıb. Bir müddət sonra həmin kitab -albom müəyyən ixtisarla ingilis dilinə tərcümə olunaraq nəĢr ed ilib. May ayından etibarən arxeoloji qazıntılar Ģərti olaraq IV sahə adlandırılan ərazidə davam etdirilib. 3000 kvadrat metrə yaxın ərazini əhatə edən IV sahədə axtarıĢlar zamanı Ģəhərin topoqrafiyasını, təsərrüfat və sosial  infrastrukturunu öyrənmək baxımından son dərəcə mühüm elmi əhəmiyyəti olan tapıntılar əldə olunub. 2010-cu il sentyabr ayının 14 - də Milli Azərbaycan Tarixi Muzeyində həmin tapıntılardan ibarə t " Ağsu möcüzəsi" adlı sərginin açılıĢ mərasimi olub. AçılıĢ mərasimindən sonra Ağsu arxeoloji ekspedisiyanın təĢəbbüsü və təĢkilatçılığı ilə orta əsr    Ağsu Ģəhərinin materialları əsasında "Azərbaycanda son orta əsr    Ģəhər    mədəniyyəti" mövzusunda respublika elmi - nəzəri konfransı keçirilib. Konfransı giriĢ sözü ilə AMEA - nın prezidenti, akademik Mahmud Kərimov açıb. AMEA Arxeologiya və Etnoqrafiya Ġnstitutunun direktoru, tarix elmləri doktoru Maisə xanım Rəhimova konfransda çıxıĢ edib.   Konfransda orta əsr Ağsu Ģəhərinin topoqrafiyasına, oradan tapılmıĢ maddi mədəniyyət nümunələrinin təhlilinə həsr edilmiĢ   10 məruzə dinlənilib. Konfransda, həmçinin, IV sahədə aparılmıĢ tədqiqatların nəticələrinə həsr edilmiĢ "Ağsu Ģəhəri orta əsrlərdə" kitab - albomun II buraxılıĢının təqdimatı olub. Xatırladaq ki, həmin nəĢrin həcmi həddən artıq böyük alındığından IV sahədən   əldə olunmuĢ maddi mədəniyyət nümunələrini tam həcmdə oraya daxil etmək mümkün olmamıĢ və bu materialları ayrıca kataloq Ģəklində çap etmək qərara alınmıĢdır. Beləliklə, IV qazıntı sahəsindən tapılmıĢ materiallar əsasında "Ağsu Ģəhəri orta əsrlərdə" kitab - albomun III buraxılıĢının hazırlanması zəruriyyəti ortaya çıxmıĢdır. Söhbət IV sahədən tapılan və Azərbaycanda son orta əsr Ģəhər mədəniyyəti probleminin öyrənilməsi baxımından son dərəcə mühüm elmi əhəmiyyəti olan zəngin arxeoloji materiallardan gedir. H əmin tapıntılar içərisində metal, keramika, ĢüĢə, sümük və ağacdan hazırlanmıĢ əmək alətləri və məiĢət əĢyaları, habelə ticarət və mədəni  4 əlaqələr yolu ilə dünyanın bir sıra ölkələrindən gətirilmiĢ nadir sənətkarlıq nümunələri xüsusilə çoxluq təĢkil edir.   Ekspedisiya rəhbərliyi "Ağsu Ģəhəri orta əsrlərdə" kitab -albomunun III  buraxılıĢını nəĢrə hazırlayarkən 2010 -cu il sentyabr ayının 14 - də keçirilmiĢ elmi - nəzəri konfransın materiallarını, AM EA- nın prezidenti, akademik Mah mud Kərimovun, Arxeologiya və Etnoqrafiya Ġnstitutunun direktoru, tarix elmləri doktoru Maisə xanım Rəhimovanın və qeyrilərinin konfransdakı məruzə və çıxıĢlarını (Oxucuların diqqətinə çatdırmaq istərdik ki, konfransın gündəliyinə daxil edilmiĢ məruzələrin bir qismi müəyyən ixtisarlarla kita b-albomun II  buraxılıĢında artıq nəĢr olunub), habelə, Ağsu tədqiqatlarına aidiyyatı olan digər materialları da oraya daxil etməyi lazım bilmiĢdir.   Ümumilikdə, kitab - albom 3 bölmədən ibarətdir. I bölmədə "Ağsu möcüzəsi" sərgisi ilə tanıĢlıq və Azərbay canda son orta əsr Ģəhər mədəniyyəti məsələlərinə dair Respublika Konfransının materialları, II bölmədə "Ağsu Ģəhər yerində aparılan arxeoloji qazıntılara ictimai maraq", III bölmədə isə Ağsu Ģəhər yerindən (IV qazıntı sahəsi) aĢkar edilmiĢ maddi - mədəniyyət nümunələrinin kataloqu öz əksini tapmıĢdır. Ümid edirik ki, "Ağsu Ģəhəri orta əsrlərdə" kitab albomun III buraxılıĢı da elmi ictimaiyyət və geniĢ oxucu kütləsi tərəfindən maraqla qarĢılanacaqdır.    5 AZƏRBAYCANDA SON ORTA ƏSR ġƏHƏR MƏDƏNĠYYƏTĠ MƏSƏLƏLƏRĠ   "Azərbaycanda son orta əsr Ģəhər mədəniyyəti" məsələlərinə dair Respublika Konfransı və "Ağsu möcüzəsi" sərgisi barədə   MƏLUMAT   2010- cu il sentyabr ayının 14 - də Milli Azərbaycan Tarixi Muzeyində Ağsu arxeoloji ekspedisiyasının təĢəbbüsü və təĢkilatçılğı ilə "Ağsu möcüzəsi" sərgisinin açılıĢ mərasimi olmuĢdur. Sərgidə Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010 -cu ildə orta əsr    Ağsu Ģəhər yerində aparılmıĢ arxeoloji qazıntılar zamanı aĢkar edilmiĢ maddi mədəniyyət nümunələri nümayiĢ etdirilmiĢdir. AMEA - nın pre zidenti, akademik Mahmud Kərimov, AMEA - nın vitse -  prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya Ġnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Ağsudan millət vəkili Ərəs tun Cavadov, akademik Teymur Bünyadov, AMEA- nın müxbir üzvləri Vəli Əliyev, Ġlyas Babayev, həmçinin bir çox tanınmıĢ tarixçi, arxeoloq və etnoqraf alimlər, ziyalılar sərgi nin açılıĢ mərasimində iĢtirak etmiĢlər.   Sərgi   ilə tanıĢlıqdan sonra "Azərbay canda son o rta əsr Ģəhər mədəniyyəti" prob leminə həsr olunmuĢ Respublika Konfransı öz iĢinə baĢlamıĢdır. Konfransı giriĢ sözü ilə AMEA - nın prezidenti, akademik Mahmud Kərimov açmıĢdır. Arxeologiya və Etnoqrafiya Ġnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova konfransda çıxıĢ etmiĢdir. AMEA - nın v itse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, aka demik Nailə Vəlixanlı və akademik Teymur Bünyadov kon frans iĢtirakçılarını salamlayaraq bu tədbirin elmi - nəzəri   və  praktiki əhəmiyyətini qeyd etmiĢ, iĢtirakçıları müzakirələrdə fəal olmağa ça ğırmıĢlar. Bunun ardınca Ağsu arxeoloji ekspedisiyası tərəfindən hazırlana raq nəĢr olunmuĢ "Ağsu Ģəhəri orta əsrlərdə" kitab - albomun II buraxılıĢının təqdimetmə mərasimi olmuĢdur. Tədbirin sonunda bir qrup Ģəxslərə - AMEA- nın vitse-prezidenti, akademik Nai lə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya Ġnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Azərbaycan Dövlət  Neft ġirkəti nin vitse-  prezidenti Mikayıl Ġsmayılov, Azərbaycan Respublikası Mədəni y yət və Turizm Nazirliyi Mədəni Ġrs Ģöbəsinin rəisi R  izvan Bayramov, "Lider" televiziyasının prezidenti Ədalət Əliyev, Ġctimai televiziyanın proqram departamentinin direktor müavini Natiq Quba doğlu, "Azad Azərbaycan" televi ziyasının bölgə müxbiri Samir Cəbiyev və "Miras" Mədəni Ġrsin Öyrənilməsinə Kömək Ġcti mai Birliy inə "Ağsu arxeoloji ekspedisiyasının Dostu" diplomları təqdim olunmuĢdur. Mükafatları AMEA - nın prezidenti, akademik Mahmud Kərimov təqdim etmiĢdir.  
Related Search
We Need Your Support
Thank you for visiting our website and your interest in our free products and services. We are nonprofit website to share and download documents. To the running of this website, we need your help to support us.

Thanks to everyone for your continued support.

No, Thanks
SAVE OUR EARTH

We need your sign to support Project to invent "SMART AND CONTROLLABLE REFLECTIVE BALLOONS" to cover the Sun and Save Our Earth.

More details...

Sign Now!

We are very appreciated for your Prompt Action!

x